...

Azərbaycan gəncliyi parlament seçkilərində fəal iştirak edəcək - gənclər və idman nazirinin müavini

Siyasət Materials 29 Oktyabr 2010 18:22 (UTC +04:00)
Azərbaycan gəncləri parlament seçkilərində fəal iştirak edəcək. Bunu Trend-ə cümə günü gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib
Azərbaycan gəncliyi parlament seçkilərində fəal iştirak edəcək - gənclər və idman nazirinin müavini

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan gəncləri parlament seçkilərində fəal iştirak edəcək. Bunu Trend-ə cümə günü gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

"Gənclər və İdman Nazirliyinin seçkilərdən qabaq gənclər üçün keçirdiyi seminarlar onu göstərdi ki, gənclərimizi maraqlandıran xeyli suallar var və bu da o deməkdir ki, gənclər seçkilərdə fəal iştirak etmək niyyətindədirlər", - Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən son seçkilər göstərdi ki, Azərbaycan gəncliyi seçkidən-seçkiyə daha fəal iştirak edir və anlayır ki, seçkilərdə onların səsi əhəmiyyətlidir. "Gənclər və İdman Nazirliyinin çağırışı ondan ibarət olub ki, gənc vətəndaşlar hər zaman ölkənin taleyüklü siyasi hadisələrində iştirak etməlidirlər. Bu böyük siyasətə çağırış deyil, amma seçkilərdə fəallıq göstərmək hər bir vətəndaşın mənəvi borcudur", - nazir müavini bildirib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti