...

MDB dövlət başçıları hərbi əməkdaşlıq konsepsiyasını qəbul edəcəklər

Siyasət Materials 3 Dekabr 2010 15:45 (UTC +04:00)
MDB ölkələrinin 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası birlik dövlətlərinin qarşıdakı sammitində qəbul ediləcək.
MDB dövlət başçıları hərbi əməkdaşlıq konsepsiyasını qəbul edəcəklər

MDB ölkələrinin 2015-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası birlik dövlətləri başçılarının qarşıdakı sammitində qəbul ediləcək. Bu barədə Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin iclasında Rusiya Baş Qərargahının rəisi ordu generalı Nikolay Makarov deyib. Məlumatı RİA Novosti yazır.

"Bu vacib sənəd birlik dövlətlərinin silahlı qüvvələrinin və əməkdaşlığının inkişafını, prioritet vəzifələrini müəyyən edəcək", - Makarov bildirib.

Onun sözlərinə görə, bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, hər bir dövlətin ayrı-ayrılıqda maraqlarını nəzərə alacaq.

Xəbər lenti

Xəbər lenti