...

Azərbaycan Prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Mart 2011 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti