...

İran parlamenti spikerinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 30 İyun 2011 19:01 (UTC +04:00)
Bu gün İran parlamentinin spikeri Əli Laricaninin Azərbaycana səfəri başlayıb.
İran parlamenti spikerinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Cəfərov/

Bu gün İran parlamentinin spikeri Əli Laricaninin Azərbaycana səfəri başlayıb.

Trend-in məlumatına görə, səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlir.

İran parlamenti sədrinin Bakıda Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və ölkənin digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Laricani səfər çərçivəsində Gəncə şəhərinə də gedəcək, orada bir sıra tarixi abidələr, o cümlədən Şah Abbas məscidini və Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək.

Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti