Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ombudsmanı Qırğızıstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi kimi dəvət olunub.
Ombudsman Aparatından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, seçkilərin şəffaflıq və aşkarlıq şəraitində keçirilməsi məqsədilə ombudsman Elmira Süleymanova oktyabrın 30-da keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak etmək üçün Qırğızıstan Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyası tərəfindən dəvət olunub.
Bu istiqamətdə böyük iş təcrübəsi olan Azərbaycan ombudsmanının seçkilərə hazırlıq və səsvermə prosesini müşahidə etməsi gözlənilir.
Elmira Süleymanova və onun rəhbərlik etdiyi Aparatın, o cümlədən müvəkkilin regional mərkəzlərinin əməkdaşları respublikamızda bütün seçki proseslərində müstəqil müşahidəçilər qismində ayrı-ayrı seçki məntəqələrində bu missiyanı həyata keçiriblər və müvafiq təcrübəyə malikdirlər.