...

Eldar Mahmudov: "Eurovision-2012" müsabiqəsində təhlükəsizliyin təmin olunması üçün zəruri qüvvə və vasitələr səfərbər olunub

Siyasət Materials 28 Mart 2012 11:24 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub.
Eldar Mahmudov: "Eurovision-2012" müsabiqəsində təhlükəsizliyin təmin olunması üçün zəruri qüvvə və vasitələr səfərbər olunub

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub. Trend-in məlumatına görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

"Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəkdir. Bununla əlaqədar respublikamıza onlarca dövlətdən rəsmi nümayəndə heyəti və iştirakçıların, yüzlərlə xarici jurnalistin və minlərlə turistin gəlişi gözlənilir. Tədbirin keçirildiyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında bütün aidiyyəti strukturlar kimi, milli təhlükəsizlik orqanlarının qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunmuşdur", - nazir bildirib.

Mahmudov qeyd edib ki, son illər Azərbaycanda geniş regional və beynəlxalq layihələr həyata keçirilir.

Onun sözlərinə görə, ölkəmiz ardıcıl olaraq irimiqyaslı beynəlxalq siyasi, dini, mədəni, idman tədbirlərinin həyata keçirildiyi bir məkana çevrilib.

"Bütün bu layihələrin və tədbirlərin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanları da yaxından iştirak edir", - nazir deyib.

Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dönməz ictimai-siyasi sabitlik, aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində son 15 ildə Azərbaycan və Bakı davamlı olaraq cinayətkarlıqla mübarizənin səviyyəsinə görə MDB-də ən yaxşı göstəricilərə malik respublika və paytaxt sayılır.

"Milli təhlükəsizlik orqanlarının əsas vəzifəsi təhlükəsizliyin və sabitliyin təmin edilməsi, müstəqilliyin və dövlətçiliyin qorunmasıdır. Bizim vəzifəmiz dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait, inkişaf üçün etibarlı təminat yaratmaqdır. Əlbəttə, bu məsələdə hər bir vətəndaş da ayıq-sayıq olmalı, dövlətçilik mövqeyindən çıxış etməli, təhlükəsizliyin təmin olunmasında dövlət orqanlarına yardımını əsirgəməməlidir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti