...

Elmar Məmmədyarov Belçikaya səfər edəcək

Siyasət Materials 17 Aprel 2012 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 19-da keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən dövlətlərin xarici işlər nazirləri ilə iclasında iştirak etmək məqsədilə Belçika Krallığına səfər edəcək. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nazir Elmar Məmmədyarovun tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti