...

Dənizkənarı Bulvarın genişləndirilməsinə 5 milyon manat ayrılıb

Siyasət Materials 27 Aprel 2012 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Dənizkənarı Bulvarın genişləndirilməsinə 5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti