...

ABŞ səfirliyi Azərbaycanda səfirin namizədliyi ilə bağlı Senatdan qərar gözləyir

Siyasət Materials 14 May 2012 18:13 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama bir neçə həftə əvvəl Riçard Morninqstarı Azərbaycana səfir vəsifəzinə irəli sürmüşdü və indi ABŞ Konstitusiyasına uyğun olaarq, Senat namizədliyi bəyənməlidir.
ABŞ səfirliyi Azərbaycanda səfirin namizədliyi ilə bağlı Senatdan qərar gözləyir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər V.Javoronkova, E.Tarıverdiyeva/

ABŞ Prezidenti Barak Obama bir neçə həftə əvvəl Riçard Morninqstarı Azərbaycana səfir vəsifəzinə irəli sürmüşdü və indi ABŞ Konstitusiyasına uyğun olaarq, Senat namizədliyi bəyənməlidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.

"Növbəti addım ondan ibarətdir ki, Senatın Xarici işlər komitəsi səfir Morninqstarın namizədliyi ilə bağlı dinləmələri təyin etməlidir və biz bunun baş verməsini gözləyirik", - o deyib.

Sterlinq qeyd edib ki, Senatın proseduru necə tez həyata keçirməsini müəyyənləşdirən heç bir qayda yoxdur.

"Səfirin təyin edilən ölkəyə nə vaxt gələcəyini əvvəlcədən söyləmək çox çətindir, lakin biz ümid edirik ki, bu, tezliklə baş verəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti