...

Prezident İlham Əliyev Badamdar qəsəbəsində Heydər Əliyev parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Siyasət Materials 22 İyun 2012 16:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Prezident İlham Əliyev Badamdar qəsəbəsində Heydər Əliyev parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlətimizin başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanıb.

Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilib və burada müasir istirahət kompleksi yaradılıb. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənib, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılıb, müxtəlif bəzək kolları əkilib, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınıb. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılıb. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılıb. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılıb.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılmış, küçələrə yeni asfalt örtük döşənib.

Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti