...

Səxavət Əlisoy: AXCP ilə Müsavat Partiyasının ayrılması labüddür

Siyasət Materials 7 Yanvar 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/

AXCP-nin Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifinə yox cavabı verməsi gözlənilən idi. Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy bildirib: "Yəni, AXCP Milli Şura daxilində mübarizəni təklif edirdi. Müsavat Partiyasının Milli Şuraya yanaşması birmənalı deyildi. Burada fikirayrılıqları zaman-zaman özünü büruzə verdi və burada artıq qərar vermə dövrü idi".

Müşavir qeyd edib ki, artıq 2014-cü il başlayır və siyasi fəaliyyətin konturları cızılarkən təzə il böyük önəm daşıyır: "AXCP ilə Müsavat Partiyası arasında münasibətlər zaman-zaman gərginləşib, sonra gərginlik keçib və yenidən bir çatı altında birləşiblər. İndiki dövrdə ən optimal yol bu partiyaların ayrılmasıdır. Bu partiyalar bir müddət birlikdə mübarizədən kənarda qalsınlar, təklikdə özlərini göstərsinlər".

S.Əlisoy hesab edir ki, gələcəkdə birləşmək üçün bu ayrılma labüddür.

Müsavat Partiyası başqanının müşaviri əlavə edib ki, hər iki partiya bir neçə nəfərin istismarında olmamalıdır.

Qeyd edək ki, artıq Müsavat Partiyası Milli Şuradan çıxması barədə də qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti