...

Bakıda NATO tədbirləri keçiriləcək

Siyasət Materials 17 May 2014 16:06 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil olunacaq.
Bakıda NATO tədbirləri keçiriləcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Bakıda NATO tədbirləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil olunacaq.

Mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti