...

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO/VİDEO)

Siyasət Materials 27 İyun 2019 13:27 (UTC +04:00)
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO/VİDEO)

Bakı. Trend:

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti