...

Müşahidəçi: Bakıda bir sıra vacib qərarlar qəbul edilə bilər

Siyasət Materials 2 İyul 2019 19:26 (UTC +04:00)
UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bir sıra vacib qərarlar qəbul edilə bilər
Müşahidəçi: Bakıda bir sıra vacib qərarlar qəbul edilə bilər

Bakı. Sara İsrafilbəyova - Trend:

UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bir sıra vacib qərarlar qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu çilili müşahidəçi Aleks Vetsix sessiya zamanı deyib.

Müşahidəçinin sözlərinə görə, Çilidəki qəbirüstü daşların təhlükədə olan ümumdünya irs obyektləri siyahısından çıxarılması məsələsi həllini tapa bilər.

O bildirib ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir.

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti