...

Qırğızıstanın eks-Baş naziri Comart Otorbayev Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 12 Oktyabr 2020 16:52 (UTC +04:00)
Qırğızıstanın eks-Baş naziri Comart Otorbayev Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. Trend:

2014-2015-ci illərdə Qırğızıstanın Baş Naziri Comart Otorbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident Əliyev.

Ölkənizin dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətlə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işğalı problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədrlər və üzvlər Sizin yanınızdadırlar".

Xəbər lenti

Xəbər lenti