Bakı. Trend:
Biz artıq yeni nəqliyyat xəritəsini yaratmışıq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır. Hesab edirəm ki, postsovet məkanında dünyadakı vəziyyət regional vəziyyətə ciddi şəkildə təsir edəcək. Buna görə də bu proqnozu verəndə biz ağlımızda iki ssenarini tutmalıyıq. Birinci ssenari postsovet məkanı üçün sülh şəraitində gələcəkdir, digər ssenari isə sülh şəraitində olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi gedən müharibəni nəzərə alsaq, biz müharibənin nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən ibarət olduğunu bilmirik. Lakin Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və bu problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur. Azərbaycan regional layihələrin müəllifi olaraq istər nəqliyyat, istərsə də enerji layihələri olsun, artıq Azərbaycan Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rolunu oynayıb. Bu da o vaxtı geniş Avropa əməkdaşlığı üçün təməl olmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhanla bağlı etdiklərimiz olmasaydı, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı, çünki o zaman qaz kəməri inşa edilməyəcəkdi.
Beləliklə, layihələrin müəllifi və əlbəttə ki, Cənubi Qafqazda artmaq üçün böyük potensialı olan, böyük iqtisadiyyatı olan ölkə kimi. Çünki yalnız bu üç ayda iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, biz sərvət və sabitlik yaradıcısıyıq. Lakin bu, əlbəttə ki, Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından, yəni, onların icra olunub-olunmayacağından asılı olacaqdır. Lakin hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən tərkib tamamilə yeni olmalıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki biz artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir. Düşünürəm ki, bundan əvvəl bəlkə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha çox qarşılıqlı əlaqələr ola bilər. Bu gün bu, baş vermir, bu, bir az qeyri-müntəzəm xarakter daşıyır və bu, əsasən, Azərbaycan üzərindən, bizim infrastruktur müəssisələrimiz üzərindən baş verir. Lakin hesab edirəm ki, Azərbaycanın Xəzər dənizinin sahilində yerləşən bir dövlət, Cənubi Qafqazın bir dövləti kimi bu formatda xüsusi rolu var və bu, baş verə bilər".