...

Türkiyənin kənd təsərrüfatı və meşə naziri ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Siyasət Materials 19 May 2022 09:14 (UTC +04:00)
Türkiyənin kənd təsərrüfatı və meşə naziri ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti