...

Azərbaycan və Ermənistan arasında tezliklə sülhün təmin olunmasını arzu edirik - Mövlud Çavuşoğlu

Siyasət Materials 7 Aprel 2023 13:03 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında tezliklə sülhün təmin olunmasını arzu edirik - Mövlud Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrovla dünən Cənubi Qafqazı müzakirə etdik.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasını arzu edirik.

"Sergey Lavrovla Cənubi Qafqazı, xüsusilə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə etdik. Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh təmin olunar. Cənubi Qafqazda sabit sülh və rifah üçün bu addımlar atılmalıdır. Bu mövzuda Rusiya ilə təmaslarımızı davam etdirəcəyik", - M.Çavuşoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti