...

Ermənistan anti-terror əməliyyatını iplə çəkir - İrəvan "ağlının" güdazına gedir

Siyasət Materials 4 İyul 2023 16:40 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər Ermənistan iddia edirdi ki, Azərbaycan guya Ermənistanla yox, Qarabağdakı qondarma rejimlə, seperatçılarla ilə vuruşurdu. Təəsüflər olsun ki, Ermənistanın havadarları da bu versiya üçün imkan yaradırdılar.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Ermənistanda bu versiyanı beynəlxalq gündəliyə salmağa nail olub.

"Bəzi hallarda bu cür cəfəng fikirlər digər ölkələrin siyasətçiləri tərəfindən dilə gətirilirdi. İkinci Qarabağ müharibəsinin nəticələri göstərdi ki, bunlar hamsı cəfəngiyyatdır və reallığa uyğun deyil. Real olaraq Azərbaycanın ərazilərini Ermənistan ordusu işğal etmişdi, Ermənistanın işğalçı korpusu orada fəaliyyət göstərirdi. Müharibədə də Ermənistan ordusu uduzub, qondarma rejimin hansısa naməlum hərbi birləşmələri yox. İndi təssüflər olsun ki, regionda Ermənistan orsunun qalıqları var. Həm hərbi, həm texniki təchizat bu ordu qalıqlarına Ermənistandan gəlir. Müşahdiələrdə onu göstərir ki, Rusiya sülhməramlıların müşahidəsi ilə regiona aparılan texniki vasitələr göstərir ki. bu təchizat haradan və kimə gəlir. Buda onda xəbər verir ki, Ermənistan öz işğalçı siaysətindən əl çəkməyib. Sadəcə formal olaraq ritorikasıın dəyişib. Lakin reallıqda heç nə dəyişməyib", - deyə o bildirib.

İ.Vəliyev həmçinin vurğulayıb ki, Azərbaycan öz suverenliyinin tam bərpası üçün bütün əməli tədbirləri görməli olacaq, o cümlədən hərbi müstəvidə addımlar atılmalıdır.

"Həmin bu Ermənistan ordusuna məxsus silahlı birləşmələr tərkisilah edilməli və zərərsizləşdirilməlidr. Əgər bunu sülhməramlılar etməsələr, Azərbaycan hərbiçiləri etməli olacaq. Ermənistanın davranışları atdığı addımlar uğursuzdur və bunun sonu anti-terror əməliyyatıdır. Buna da Azərbaycan ordusu hər an hazırdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti