...

Azərbaycanın "yaşıl" hidrogen istehsalı üçün əhəmiyyətli potensialı var - Ariel Koen

Siyasət Materials 12 İyul 2023 07:42 (UTC +04:00)
Azərbaycanın "yaşıl" hidrogen istehsalı üçün əhəmiyyətli potensialı var - Ariel Koen
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "yaşıl" hidrogen istehsalı üçün əhəmiyyətli potensialı var.

Bunu Trend-ə "Atlantic Council"in baş elmi əməkdaşı, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib.

O qeyd edib ki, hidrogen nisbətən yeni tədqiqat sahəsidir və hər hansı proqnoz vermək hələ tezdir, lakin onun sözlərinə görə, Azərbaycanın günəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafındakı potensialını nəzərə alaraq, "yaşıl" hidrogenin istehsalı bu baxımdan çox perspektivlidir.

"Azərbaycan günəş və külək enerjisi imkanlarını artırarkən eyni vaxtda suyu hidroliz edərək “yaşıl” hidrogen əldə etmək mümkündür. Bundan əlavə, təbii qazı emal etməklə hidrogen əldə edilə bilər ki, bu da nəticədə bizə "mavi" hidrogen verəcəkdir. Beləliklə, əminəm ki, bütün bunları Azərbaycanda həyata keçirmək mümkündür", - deyə A.Koen bildirib.

Ekspert qeyd edib ki, eyni zamanda, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyir və bu baxımdan ölkə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

"Azərbaycan dünyaya göstərdi ki, o, böyük enerji layihələrini həyata keçirməyi bilir. Hər şey 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” ilə başladı və bu, Bakı-Tbilisi-Ceyhan idi. Sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Gürcüstan və Türkiyədən keçməklə Avropaya TAP və TANAP qaz kəmərlərini reallaşdırdı. Cənub Qaz Dəhlizinin potensialının artırılması əla təşəbbüsdür, çünki Avropa öz enerji mənbələrini, qazını diversifikasiya etməlidir. Avropa yenidən bir tədarükçüdən asılı olmayacaq. Avropa TAP və TANAP kəmərləri ilə Azərbaycan qazı da daxil olmaqla bir çox mənbələrdən qaz alacaq", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirdiyi kimi, Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulmuşdur.

"Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti