...

Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaqlar - Aygün Əliyeva

Siyasət Materials 25 Aprel 2025 10:31 (UTC +04:00)
Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaqlar - Aygün Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq.

Trend xəbər verir ki, bunu bu gün Qlobal Cənub QHT Platformasının aprelin 28-29-da Bakıda keçiriləcək təsis konfransı ilə əlaqədar Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən brifinq zamanı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Onun sözlərinə görə, Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir:

"Bu təşəbbüs məhz COP29 zamanı irəli sürülüb. Biz böyük iftixar içərisindəyik ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı "Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb".

Bu tədbirin Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc olduğunu söyləyən A.Əliyeva qeyd edib: "Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti