...

ƏLİ ABBASOV: YERLİ RABİTƏ BAZARINDA AZERCELL-İN İNHİSARÇI KİMİ MÖVQEYİ TƏBBİİDİR

Siyasət Materials 8 İyul 2005 15:28 (UTC +04:00)
ƏLİ ABBASOV: YERLİ RABİTƏ BAZARINDA AZERCELL-İN İNHİSARÇI KİMİ MÖVQEYİ TƏBBİİDİR

Azercell Birgə Müəssisəsi Azərbaycanın rabitə bazarında inhisarçıdır. Bu barədə iyulun 8-də mətbuat konfransında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, yerli bazarda öz nəhəng əhatə və texniki imkanları ilə məhz bu şirkətin ilk operator oldjuğuna görə bu, təbiidir.

"Hazırda bazarda mobil rabitənin 2 operatoru fəaliyyət göstərir və Bakcell -in fəaliyyətinin Azercell kimi geniş olmadığını nəzərə alsaq, onda şirkətin bu cür mövqeyi əsaslıdır", - deyə nazir qeyd edib.

O həmçinin bildirib ki, bu vəziyyət yalnız Azərbaycanın mobil rabitə bazarına yeni operatorun çıxmasından sonra həll oluna bilər.

"Bu gün bir çox şirkətlər Azərbaycan bazarını öyrənirlər və əgər hər hansı bir təklif olarsa, bu təkliflər nazirliklər tərəfindən mütləq nəzərdən keçiriləcək", - deyə o bildirib.

Nazirin fikrincə, bu günlərdə qəbul olunmuş "Telekommunikasiya barədə" qanun hökumətə bazarın liberallaşdırıması istiqamətində inhisarçılara münasibətdə yeni tələblər irəli sürməyə imkan verəcek.

Xəbər lenti

Xəbər lenti