...

SEÇKİLƏRİN GEDİŞİNİ MÜŞAHİDƏ ÜÇÜN AZƏRBAYCAN OMBUDSMANININ ÖZ PROQRAMI VAR

Siyasət Materials 9 Sentyabr 2005 20:34 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) respublikada keçiriləcək parlament seçkilərinin gedişini müşahidə etmək üçün proqram hazırlayıb. Trend in məlumatına əsasən, ombudsman Elmira Süleymanova bu barədə jurnalistlərə bildirib.

Ölkə əhalisinin maarifləndirilməsi məqsədilə doğru seçkilərin keçirilməsinə yönəldilmiş müxtəlif seminarların, treninqlərin və digər tədbirlərin təşkili planlaşdırılır.O, həmçinin .lkədə keçiriləcək parlament seçkilərinin gedişini müşahidə etmək üçün müstəqil monitorinq qrupunun üaradılması təklifi ilə çıxış edib.

Monitorinq qrupunun funksiyasına təcili qaydada yerlərdə şikayətləri müəyyənləşdirmək, bu barədə MSK-ya məlumat vermək kimi məsələlər daxildir.Monitorinq qrupunun üzvləri ölkənin ən uzaq rayonlarına, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərə yöndəriləcək.

" Biz ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün bütün səylərimizi birləşdirəcəyik"-deyə o bəyan edib.Ombudsmanın sözlərinə görə, bu günədək o vətəndaşlardan şikayət almayıb, amma əmindir ki, bunlar olacaq.

Xəbər lenti

Xəbər lenti