...

HƏRBİ HİSSƏLƏRDƏ VƏ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ SEÇKİ MƏNTƏQƏLƏRİ YARADILMAYIB

Siyasət Materials 26 Sentyabr 2005 20:46 (UTC +04:00)

Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası və "Şəffaf seçkilər" Monitorinq Mərkəzi rəhbərlərinin birgə mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, hər iki təşkilat hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması ilə bağlı keçirdikləri monitorinqlərin nəticələrini açıqlayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının prezidenti Vəli Əlibəyov monitorinqin mənfi nəticələr əldə etdiyini söyləyib. V.Əlibəyov jurnalistlərin nəzərinə çatdırıb ki, nə hərbi hissə, nə də cəzaçəkmə müəssisələrində hələ də seçki məntəqələri yaradılmayıb. V.Əlibəyov: "Qeyd edim ki, hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ilə bağlı Seçki Məcəlləsinin 35.5-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına görə, səsverməyə ən azı 50 gün qalmış hərbi hissələrdə seçki məntəqələri yaradılmalıdır. Hərbi hissənin ərazisində seçki məntəqəsi yaradılmadığı təqdirdə isə bu hissənin komandiri seçici hərbçilər haqqında məlumatı seçki gününə ən azı 35 gün q7almış onların səs verəcəyi məntəqə seçki komissiyasına təqdim etməlidir. Bizim monitorinqin nəticələrinə görə, seçkilərə artıq 40 gün qalmasına baxmayaraq hələlik heç bir hərbi hissədə seçki məntəqəsi yaradılmayıb. Eyni zamanda hərbi hissədən kənarda yerləşən məntəqələrdə səs verəcək hərbi qulluqçuların siyahısının məntəqə seçki komissiyalarına təqdm olunması müddətinin başa çatmasına 5 gün qalır. Belə olan halda siyahıların məntəqə seçki komissiyalarına təqdim olunacağı da şübhə doğurur".

Asossasiya prezidenti təəssüflə qeyd edib ki, Seçki Məcəlləsində cəzaçəkmə müəssisələrində seçki məntəqəlirinn yaradılması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

V.Əlibəyov: "Mərkəzi Seçki Komissiyası bundan əvvəlki seçkilərdə seçki məntəqələri yaratmaq səlahiyyətlərindən istifadə edərək cəzaçəkmə müəssisələrinin rəhbərlərinin müraciəti əsasında seçki məntəqələri yaradıb. Hazırkı parlament seçkisində isə bu günə qədər heç bir cəzaçəkmə müəssisəsində seçki məntəqəsi yaradılmayıb".

Xəbər lenti

Xəbər lenti