...

ATƏT nümayəndələri MSK sədri ilə görüşüblər

Siyasət Materials 31 Mart 2006 18:51 (UTC +04:00)

Martın 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki məsələləri departamentinin rəhbəri Gerald Mitçel və həmin qurumun seçki məsələləri üzrə baş müşaviri Conatan Stounstrit Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

M.Pənahov G.Mitçel və C.Stounstriti 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı məlumatlandırıb, MSK-nın gördüyü işləri qonaqların diqqətinə çatdırıb. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkrar seçkilərdə müşahidəçilik etmək üçün Azərbaycana dəvət olunduğunu deyib. G.Mitçel isə bildirib ki, bu məsələ ATƏT-in rəhbərliyində müzakirə edilməlidir və əgər razılıq olsa, müşahidəçilər göndəriləcək. Lakin müşahidəçilərin sayı 6 noyabr seçkisində olduğu qədər çox olmayacaq.

Xəbər lenti

Xəbər lenti