...

Aydın Mirzəzadə: Ksenofobiya və skinxedçilik – mübarizə aparılması zəruri olan faşizm təzahürləridir

Siyasət Materials 13 Aprel 2006 18:09 (UTC +04:00)

Rusiya parlamentariləri ksenofobiya və skinxedçiliklə mübarizəyə diqqətlə yanaşmalıdır. Bu haqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə Parlament Assambleyasının yaz sesiyasında çıxışı zamanı bəyan edib.

Azərbaycan nümayəndəsinin sözlərinə görə, vaxtılə antifaşist koalisiyasında olan ölkələrdə belə hazırda ksenofobiya və faşizmin təzahürləri müşahidə olunur. "Rusiyada tələbələrin qətli və digər millətlərin nümayəndələrinə hücum faktları adi hala çevrilib. Bu faktlar arasında milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşı telejurnalist Elxan Mirzəyevin döyülməsini göstərmək olar ki, skinxedlər ona nə üçün bu ölkədə yaşamalı olmadığını "əyani şəkildə" izah edib" - deyə Mirzəzadə qeyd edib və bu növ hərəkətləri "Rusiyanın nüfuzu üçün ləkə" adlandırıb.

Lakin Azərbaycan nümayəndəsinin bildirdiyinə görə, bütün bunlar Rusiyada skinxedçiliyin kütləvi xarakter aldığı göstərmir. "Rusiya Federasiyasında qeyri-rus milliyyətli milyonlarla vətəndaş yaşayır və hökumət onların potensialından maksimal dərəcə istifadə edir. Hər belə bir fakt isə hüquq-mühafizə orqanları tərəfindən təhqiq olunur" - deyə nümayəndə qeyd edib.

"Hücumların artması faktı Rusiyanın ksenofobiya ilə daha səmərəli mübarizə aparmalı olduğunu göstərir" - Mirzəzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti