...

Azərbaycanda NATO həftəsi başa çatdı

Siyasət Materials 8 İyul 2006 12:23 (UTC +04:00)

Azərbaycanda NATO həftəsi başa çatdı. Bu barədə Trend ə Azərbaycan XİN-dən xəbər veriblər.

Bakıda NATO həftəsi çərçivəsində NISA (NATO International School in Azerbaijan)- Bakı beynəlxalq NATO məktəbinin növbəti sessiyası keçirilib. Sessiyada Avropa-Atlantika əməkdaşlığı üzrə Şura (AAƏŞ) ölkələrinin təxminən 70 nümayəndəsi iştirak edib. Məktəbin iştirakçıları arasında - tələbələr, gənc alimlər, qeyri-hökümət təşkilatlarının nümayəndələri, NATO ekspertləri, ABŞ Milli müdafiə universitetinin professorları, həmçinin AAƏŞ ölkələrinin səfirləri və Azərbaycan rəhbərliyinin nümayəndələri olub. Forumda həmçinin NATO baş katibinin müavini Jan Furne də iştirak edib.

NATO həftəsi çərçivəsində həmçinin Melanj layihəsi üzrə beynəlxalq simpozium (Azərbaycanda keçmiş Sovet ordusundan qalan raket yanacağının məhv edilməsi) keçirilib və Ələt qəsəbəsində yanacağın utilizasiyası üzrə zavodun açılışı olub. Bu tədbirlərdə oxşar problemlərlə qarşılaşmış ölkələrin, əsasən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Gürcüstan ekspertləri iştirak edib.

Bundan başqa, Bakıda 31 ölkənin 59 ekspertinin, həmçinin NATO-nun müdafiə siyasəti və planlaşdırma üzrə şöbəsinin rəisi Corc Katsirdakisin, Beynəlxalq hərbi qərargahın briqada generalı F.Klausenin və b. iştirakı ilə NATO/AAƏŞ çərçivəsində terrorla mübarizə üzrə işçi seminar keçirilib.

Xəbər lenti

Xəbər lenti