...

Demokratik İslahatlar Partiyası tikinti sahəsinə həsr olunmuş elmi-praktik konfrans keçirib

Siyasət Materials 13 İyul 2006 17:11 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasınin təşkilatçılığı ilə iyulun 13-də Bakı Əyləncə Mərkəzində "Mənzil tikintisi: layihələndirmə problemləri, istifadə olunan tikinti materiallarının, mühəndis-kəşfiyyat işlərinin (geologiya, seysmologiya və s.) keyfiyyəti, tikintisi başa çatmış obyektlərin qəbulu və istismarı" mövzusunda elmi-praktik konfrans keçirilib. Trend in məlumatına görə, toplantıda hökumət nümayəndələri, millət vəkilləri, tikinti-inşaat üzrə mütəxəssislər, əlaqədar dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

DİP sədri Asim Mollazadə bildirib ki, bu elmi-praktik konfrans "Bakı şəhərinin Baş Planı və Bakıda şəhərsalmanın inkişaf perspektivləri" mövzusunda keçirilmiş konfransın növbəti tərkib hissəsidir. O, qeyd edib ki, əvvəlki konfransın yekunu kimi işçi qrupu yaradıldı, əhalini narahat edən məsələləri çatdırmaq üçün dövlət başçısına, baş nazirə, paralmentin spikerinə müraciət göndərildi. A.Mollazadə xüsusi vurğulayıb ki, Azərbaycanın paytaxtı dünya səviyyəli şəhərə çevrilməli, ölkəmizin özünün müasir milli standartları olmalıdır.

İnşaat üzrə mütəxəssis-memar, texniki elmlər namizədi Emil Axundov Bakı şəhərinin baş planından, çoxlu sayda yeni binaların tikilməsindən danışıb, qeyd edib ki, tikililərə Respublika Seysmolji Xidmət Mərkəzi razılıq verir. Amma Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın seysmoloji xəritəsinin hazırlanması üçün lazımi vəsaiti ayırmır: "Kanalizasiya, işıq, qaz xətlərini kim necə istəyir elə də çəkdirir, bu isə təhlükəlidir. Tikinti vasitələri isə sertifikatsız satılır, bu da cinayətdir. Bakıda istehsal olunan armatur, sement, qum məndə şübhələr yaradır". E.Axundov yuyulmuş və təmizləşməmiş qum, qraviy nümayiş etldirib, onların fərqini göstərməklə bərabər yararsız olanların təhlükəsini də izah edib.

Geologiya-minereologiya elmləri doktoru Adışirin Ələkbərov bildirib ki, Bakının suxurları möhkəm ana süxurlar deyil, dinz çöküntüləri olan zəif fraksiyalı materiallardır. Onun sözlərinə görə, Bakının geoloji strukturunda müxtəliflik, çatlar var, neftayırma, sement zavodları atmosferə, suya mənfi təsir göstərir, çirklənməsinə səbəb olur. A.Ələkbərov qeyd edib ki, Abşeron yarıdamasında ildə 185 kiloqram müxtəlif tərkibli maddələr, duzlar çökdürülür. Son 20 ildə yeraltı sular təxminən 20-22 metr qalxıb. Yer səthində də çökmə və qalxma prosesləri gedir. Narahatedici digər məqam Bakının əhatəsində olan palçıq vulkanlrın üzərində evlərin tikilməsidir. Mütəxəssis qeyd edib ki, vulkanlar, seysmik aktivlik, sürüşmə prosesi paytaxtın baş planı hazırlanarkən nəzərə alınmalıdır.

Şəhərsalma Arxitektura Komitəsinin şöbə müdiri Minarə Hüseynova bildirib ki, sovet dövründən qalma 6 layihə institutu var. Onun sözlərinə görə, lisenziyası olmayanlar layihə verə bilməzlər: "Bugünkü yeni binalar ilk vaxtlar tikilən binalardan xeyli möhkəm və dayanıqlıdır. Tikinti sahəsində pozuntular var, amma vəziyyət o qədər də acınacaqlı deyil".

Xəbər lenti

Xəbər lenti