...

Azərbaycan XİN başçısı İordaniyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 7 Noyabr 2006 13:54 (UTC +04:00)

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Bakıda İordaniyanın xarici işlər naziri Abdelelah Əl-Xatib ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Yaxın Şərqdə vəziyyət, eləcə də İraqdakı son durum ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq terrorla mübarizədə səylərin artırılması, İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, islam dəyərlərinin digər sivilizasiyalar qarşısında müasir tələblərə cavab verəcək səviyyədə təmsil olunmasını təmin etmək məqsədilə əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə daha da gücləndirilməsinin zəruri olduğu bildirilib.

Tərəflər İordaniya dövlət başçısı Kral II Abdullanın cari ilin avqustunda Azərbaycana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsindən razı qaldığını bildirib. Ticarət və iqtisadiyyat üzrə birgə təşkilatın fəaliyyəti çərçivəsində iş adamlarının görüşünün təşkil olunmasının zərurəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti