...

Ekologiya Nazirliyi Ağcabədi rayonunda quş qripi ilə bağlı maarifləndirmə seminarı keçirib

Siyasət Materials 21 Noyabr 2006 11:56 (UTC +04:00)

Ağcabədidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları quş qripinin insanlara yoluxmamasının qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparıb. Tədbirin rayonda keçirilməsinin səbəbi Ağgöl Dövlət Qoruğunun ərazidə yerləşməsi və burada cöl quşları çoxluq təşkil etdiyi üçün quş qripi ilə mübarizəyə hazırlıq problemləridir.

Tədbirdə çıxış edən ETSN Xəzər Kompleksi Ekoloji monitorinq idarəsinin rəisi Lətifə Hüseynova bildirdi ki, keçən il ev və çöl quşları arasında 16 minə yaxın quş tələf olub. Bu isə nazirliyini narahat etdiyi üçün 7 istiqamətdə və 9 ərazidə operativ qruplar yaradılıb. Bunlar Siyazən, Şurabad, Sitalçay, Ceyranbatan, Dəvəçi, Liman, Altıağac, Abşeron, Pirallahı, Qum, Çilov adaları, Şirvan, Qaradağ, Ələt, Qızılağac, Ağgöl ərazilərini əhatə edib. Bu cür komissiyaların yaranması erkən xəbərdarlıq, quş qripi epidemiyasının insanlara və təbiətə təsiri kimi ayrı-ayrı aspektləri öyrənmə məqsədi daşıyıb.

Lətifə Hüseynova onu da bildirdi ki, H5N1 virusunu törədən quşlar Şimal bölgəsindən Cənuba yanvar-fevral aylarında köçür.

Xəbər lenti

Xəbər lenti