...

Bərdədə yaşıllaşdırma işləri aparılır

Siyasət Materials 30 Dekabr 2006 12:00 (UTC +04:00)

Bərdə rayonunda son bir ildə xeyli sayda müxtəlif növ ağaclar əkilib. Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin baş aqronomu Vəliyəddin Mustafayevin Trend in bölgə müxbirinə verdiyi məlumata görə, bu il rayon ərazisində 260,5 hektar əraziyə 500 ədəd Eldar Şamı, 350 ədəd kiparis, 200 ədəd piramida, 200 ədəd cökə, katalpa 200 ədəd, gül çolları 5 min ədəd, palma 150, tresket 3500, o cümlədən müxtəlif növ 5 ədəd meyvə ağacı əkilib. V.Mustafayev onu da qeyd etdi ki, müxtəlif ərazilərə yayda və qışda həmişə yaşıl olan qazon otu səpilip. Ağacların sulanmasında isə artezian sularından istifadə olunur.

Qeyd edək ki, yaşıllaşdırma işləri şəhərin girəcəyindən başlayır, artıq son tamamlama işləri aparılır.

Xəbər lenti

Xəbər lenti