...

Naxçıvanda 24 əlil vətəndaşa eşitmə aparatları verilib

Siyasət Materials 25 Yanvar 2007 11:34 (UTC +04:00)

Naxçıvan MR Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin xətti ilə 24 vətəndaşa eşitmə aparatları verilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Əlillərin Bərpa Mərkəzində tədbir keçirilib.

Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Azər Ələkbərov çıxışında regionda əlil vətəndaşlara göstərilən dövlət qayğısından danışıb. Onun sözlərinə görə ötən il bu sahə üzrə daha yaddaqalan olub. Belə ki, 2006-cı ildə 60 əlil vətəndaş əl arabası, 84 nəfər putyovka ilə təmin edilib, 75 nəfər Nabran istirahət zonasına göndərilib.

Nazir onu da qeyd edib ki, ötən il 44 nəfər müharibə əlili mənzillə təmin edilib, 18 nəfərin ölkədən kənarda müalicəsinə imkan yaradılıb.

Tədbirin sonunda 24 əlil vətəndaşa Almaniyanın istehsalı olan "Siemens" şirkətinin istehsalı olan eşitmə aparatları verilib.

Xəbər lenti

Xəbər lenti