...

İsrailin XİN nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 28 Fevral 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/İsrail XİN-nin siyasi araşdırmalar mərkəzinin iqtisadiyyat və strateji araşdırmalar şöbəsinin rəhbəri Daniel Kutnerin başçılıq etdiyi İsrailin XİN nümayəndə heyəti Bakıya gəlir. İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, martın 3-dək davam edəcək səfər çərçivəsində İsrail nümayəndə heyəti Azərbaycanın rəsmi nümayəndələri, siyasi xadimləri, ictimai birliklərin nümayəndələri ilə görüşlər keçirəcək. Martın 1-də Azərbaycan XİN-də Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Martın 2-də isə D.Kutner Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda "Yaxın Şərqdə mötədillik və separatçılıq" mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti