Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq Azərbaycana oktyabrda səfər edəcək. Bu barədə Azərbaycanın Avropa Şurasındakı səfiri Arif Məmmədov xəbər verib.
Komissarın Azərbaycana səfəri mart ayına planlaşdırılsa da, o, gözlənilmədən Bosniyadakı vəziyyəti müzakirə etmək üçün BMT-nin tədbirinə yola düşüb.
Azərbaycana ilk rəsmi səfərinə qədər Hammerberq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müəyyən araşdırmalar aparacaq.