...

"Qeyrət" Hərəkatının lideri: "Rusiyada yaşayan Gürcüstan vətəndaşları evlərindən bayıra çıxa bilmirlər"

Siyasət Materials 5 May 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada yaşayan Gürcüstan vətəndaşları heç bir işlə məşğul ola bilmir, hətta evdən bayıra çıxmırlar. Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının lideri Əlibala Əsgərov şənbə günü bu barədə açıqlama verib.

Əsgərov qeyd edib ki, Azərbaycan və digər respublikaların vətəndaşlarından fərqli olaraq Gürcüstan vətəndaşları üçün xüsusi viza rejimi tətbiq olunub. Onun sözlərinə görə, Rusiyada yaşayan Gürcüstan azərbaycanlılarının vəziyyəti heç də yaxşı deyil və onlar işlə təmin olunmurlar.

"Rusiyadan Gürcüstana qayıdanlar qayıdıb, qalanlar isə orada evlərində gizli şəkildə yaşayırlar. Gürcüstanın özündə də gənclər işsizlik problemi üzündən ölkəni tərk edirlər. Daha çox Türkiyəyə və Azərbaycana iş dalınca gedirlər" - deyə Əsgərov bildirib.

Əsgərov həmçinin onu da deyib ki, hazırda Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində havalar aramsız şəkildə yağıntılı olduğu üçün əhalinin yaz əkin işləri bərbad vəziyyətə düşüb.

Xəbər lenti

Xəbər lenti