...

Dövlət Sərhəd Xidmətinin rəisi: Azərbaycanın qərbində 10 əcnəbi vətəndaş saxlanılıb (video)

Siyasət Materials 8 May 2007 14:27 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi: Azərbaycanın qərbində 10 əcnəbi vətəndaş saxlanılıb  (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanın qərb sərhədində "Şıxlı" sərhəd keçid məntəqəsində əcnəbilərlə sərhədçilər arasında baş vermiş insidentlə bağlı 10 əcnəbi vətəndaş saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, faktla bağlı Qazax Rayon polis idarəsində cinayət işi açılıb və istintaq aparılır: "Azərbaycanda rejim qaydalarını pozduqları üçün Daxili İşlər Nazirliyi bir qrup əcnəbi vətəndaşın departasiyası barədə qərar qəbul edib. Təəssüflər ki, həmin şəxslərlə sərhədçilər arasında insident yaranıb. Əcnəbilər qeyri-qanuni hərəkətlərə yol veriblər. Sərhədçilər onlardan qanuna tabe olmağı tələb edib. Nəticədə insident yaranıb, 3 sərhədçi əsgər yaralanıb. Hazırda onların vəziyyəti yaxşıdır".

Xəbər lenti

Xəbər lenti