...

"Türkdilli dövlətlər öz "şengen zonaları"nı yaratmalıdırlar", - azərbaycanlı politoloq belə hesab edir

Siyasət Materials 30 İyul 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ "Əgər Avropa öz ittifaqını, vizasız zonasını yarada bilirsə, bəs nə üçün türkdilli dövlətlər analoji ittifaqlarını və zonalarını yaratmasınlar". Bazar ertəsi Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə müvafiq fikri Türkiyə hökumətinin Azərbaycan, Monqolusatan, Özbəkistan, Tacikistan və Türkmənistan kim türkdilli dövlətlərlə birtərəfli şəkildə vizasız rejim tətbiq etməsi ilə bağlı qərarına münasibət bildirən zaman qeyd edib.

Qərar ölkəni 30 gündən çox olmayan bir müddətə tərk edən vətəndaşlar üçün nəzərdə tutulub. Türkiyənin Nazirlər Kabinetinin müvafiq qararı "Rəsmi qəzet"də çap olunub.

Azərbaycanlı politoloqun fikrincə, Azərbaycanın Türkiyə ilə əlaqələrinin stimullaşdırılması bir-birindən öyrəniləsi çox şeyə malik olan hər iki ölkəyə xeyir gətirəcək. O hesab edir ki, vizasız rejim Azərbaycanın türkdilli ölkələrlə əməkdaşlığını gücləndirəcək.

"Belə bir addım Türkiyəyə regionun daha fəal dövlətinə çevrilməyə imkan verəcək" - deyə politoloq bildirib. "Aydındır ki, Türkiyəni Avropa Birliyinə qəbul etmək niyyətində deyillər, bunların hamısı oyun idi və Türkiyə bunu yaxşı başa düşür. Bu səbəbdən də Türkiyə özü Mərkəzi Asiyada və Qafqazda türkdilli ittifaq yarada bilər. Mən hesab edirəm ki, bu düzgün yoldur və bu yolla addımlamaq lazımdır" - deyə Quluzadə qeyd edib.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahiminin verdiyi məlumata görə, Türkiyə hökumətinin Azərbaycanla viza rejimini ləğv etməsinə dair qərarına baxmayaraq Bakı Türkiyəyə münasitbətdə analoji tədbirlərin görülməsi məsələsini nəzərdən keçirmir. Onun sözlərinə görə, Türkiyə hökumətinin bu qərarı birtərəfli şəkildə qəbul olunub və əks tərəfi adekvat addımlar atmağa məcbur etmir.

Xəbər lenti

Xəbər lenti