...

NATO Parlament Assambleyasının növbəti iclasının vaxtı müəyyənləşdirilib

Siyasət Materials 10 Avqust 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) növbəti iclası oktyabrın sonlarında İslandiyada keçiriləcək. Bu barədə cümə günü Bakıda Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, hələlik iclasda hansı məsələlərin müzakirə olunacağı dəqiqləşməyib: "Gündəlik açıqlandıqdan sonra Azərbaycan nümayəndə heyəti sessiyada hansı məsələləri qaldıracağını müəyyənləşdirəcək. Bizim müəyyən ideyalarımız var. Lakin bunları indidən açıqlamaq istəmirəm".

Azərbaycan NATO PA-nın assosativ üzvüdür.

Xəbər lenti

Xəbər lenti