...

Daşkəsəndə yeni Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb

Cəmiyyət Materials 11 Mart 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Gədəbəy, 11 mart / Trend ", müxbir G.Rafiqqızı/ Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində yeni Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb. Bu barədə çərşənbə axşamı Trend ə tikinti işlərini aparmaq üçün elan edilmiş tenderdə qalib gəlmiş "AF" tikinti şirkətinin mütəxəssisi Vüqar Əliyev məlumat verib.

Yeni kompleks binasının inşasının ilkin mərhələsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən bir milyon manat vəsait ayrılıb. Kompleks binası 6 hektar ərazini əhatə edəcək və 2 mərtəbəli olacaq.

Əliyev deyib ki, Olimpiya İdman Kompleksində idmanın bütün növlərinə aid məşq zalları, geyinmə və soyunma otaqları, həyətində isə geniş futbol meydançası və kafe olacaq. Həmçinin burada müasir standartlara uyğun böyük üzgüçülük hovuzu da yaradılacaq.

Əliyev tikinti işlərinin 2 il müddətinə başa çatacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti