...

Azərbaycanlı rejissor prokuror haqqında film çəkiblər

Cəmiyyət Materials 3 May 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx. TrendLife Türkan İmaməliyeva/

Obyektiv və subyektiv səbəblərdən son illər Azərbaycan kinosu çətin dönəmini yaşasa da bu gün müəyyən filmlər çəkilir. Bizdə olan məlumata görə, rejissor Nadir Müqbilov "Prokuror" adlı film çəkib. Bu barədə TrendLife-a rejissor özü danışıb. "Xeyli müddətdir filmin çəklişinə başlamışıq. Filmin ssenarisi də azərbaycanın köhnə kinolarından olan "Mehman" filminin leytmotivi əsasında qoyulub. Simvolik olaraq məhz buradakı prokuror obazlarından biri də məhz Mehman adlanır. Tamaşaçı film boyu bir prokurorun fəaliyyətindən xəbərdar olacaq. Əslində isə filmin sonunda məlum olacaq ki, hadisələr 2-ci prokurorun ətrafında cərəyan edir. Bir sözlə, filmin əvvəlində təqdim olunan prokuror əslində rüşvətxor, filmin sonunda tamaşaçıya təqdim olunan digər Mehman adlı prokuror isə ədaləti əsas tutan və məhz sona qədər də bu prinsip əsasında həyatını və fəaliyyətini quran insandır".

Filmdə prokuror obrazlarını əməkdar artist Azad Şükürov və Vüqar Quliyev yaradıblar. Yeri gəlmişkən onu da qeyd edək ki, Vüqar Quliyev ixtisasca idmançıdır və ilk dəfədir ki, filmə çəkilib. Əsas qəhrəmanın qeyri-peşəkar olduğunu nəzərə alıb bu barədə rejissoru sorğu-suala çəkdik. Səbəbini soruşduq ki, nə üçün əsas qəhrəman seçərkən idmançıya müraciət edib? Nadir müəllim bildirdi ki, Mehman obrazını yaratmaq üçün aktyordan həm də fiziki gücün nümayiş olunması, döyüş səhnələrinin və tryukların çoxluğu nəzərə alıb. Ona görə də bu obraza idmançı kimi Vüqar dəvət olunub. Yeri gəlmişkən onu da qeyd edək ki, filmin operatoru Elxan Novruzov, rəssamı Tahir Rəsulovdur. Filmdə bəstəkar İlham Rəhmanovun musiqilərindən istifadə olunub.

Sonda onu da öyrəndik ki, Nadir Müqbilov "Prokuror" filmini bu günlərdə geniş auditoriyaya təqdim etməyi planlaşdırıb. İlk əvvəl isə "Prokuror" "Nizami" kinoteatrında media nümayəndələrinin müzakirəsinə buraxılacaq.

Xəbər lenti

Xəbər lenti