...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun UEFA kubokundakı oyunlarının hakimləri məlum olub

Cəmiyyət Materials 9 İyul 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun UEFA kubokunda Polşanın "Lex" komandası ilə keçirəcəyi oyunların hakimləri məlum olub.

"Xəzər-Lənkəran"ın iyulun 17-də keçirəcəyi ilk oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kelum Mürrey, onun köməkçiləri isə Uilyam Konkuer və Con Biknell olacaq. Oyunun hakim-inspektoru makedoniyalı Angel Bunqurov, UEFA nümayəndəsi isə Gürcüstandan olan David Petriaşvilidir.

"Xəzər-Lənkəran"ın UEFA kubokundakı ilk oyunu saat 21.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan klubunun "Lex"lə Polşada keçiriləcək cavab oyununu İsraildən olan hakimlər briqadası idarə edəcək. Bu oyun iyulun 31-də, saat 23.45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti