Azərbaycan, Bakı, 09 avqust / Trend , müxbir R.Ergün/ Bu gün futbol üzrə Azərbaycan Premyer-Liqasının startı veriləcək.
Futbol üzrə Azərbaycan çempionatının 2008 -2009-cu il mövsümündə ilk oyun "Bakılı" və "Qarabağ" klubları arasında olacaq. Bu gün "Standard" - "Neftçi" və "Qəbələ" - NBC görüşləri də keçiriləcək.
Azərbaycan Premyer-Liqasının sonuncu mövsümünün qalibi "İnter" klubu olub.
Futbol üzrə Azərbaycan Premyer-Liqasında 14 klub iştirak edir.
Bu ildən etibarən, Premyer-Liqanın oyunlarını Peşəkar Futbol Liqası (PFL) təşkil edir.
Əvvəllər çempionatın keçirilməsinə görə məsuliyyəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) daşıyırdı.