Azərbaycam, Bakı 23 dekabr/ Trend , müxbirР.Ergün/ AFFA - nın prezidenti Rövnəq Abdullayev yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib.
"Azərbaycandakı klub məşqçilərinin ondan hec bir narazılığı yoxdur" - Trend -un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra Abdullayev deyib.
Foqts bu ilin aprelində Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunub. Azərbaycan yığması Dünya Çempionatının qrup mərhələsində cəmi bir xal qazanıb. Foqtsun rəhbərliyi altında Azərbaycan yığması Uels və Finladiyaya məğlub olaraq (hər ikisi 0:1), Bakıda Lixtenşteynlə ev oyununda heç-heçə (0:0) edib.