...

Azərbaycanda müsadirə olunmuş narkotiklər qanunsuz dövriyyədə olan narkotiklərin 10 faizini təşkil edir

Cəmiyyət Materials 23 Aprel 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda müsadirə olunmuş narkotiklər qanunsuz dövriyyədə olan narkotiklərin 10 faizini təşkil edir.

Trend -un məlumatına görə, Azərbaycanda səfərdə olan BMT-nin Narkotika və Cinayətkarlığa qarşı Mübarizə üzrə İdarəsinin Mərkəzi Asiya (UNODC) üzrə regional nümayəndəsi Ceyms Kallahan cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, daxili işlər naziri Ramil Usubovla görüşünda nazir bu barədə məlumat verib.

"Son iki ildə tranzit yolu ilə Azərbaycana ötürülən narkotiklərin və müsadirə edilən narkotiklərin həcmi artıb. Lakin müsadirə edilmiş narkotiklərin həcmi 10 faizdən çox deyil", - deyə Kallahan vurğulayıb.

BMT rəsmisi bildirib ki, dunya üzrə itehsal olunan tiryəkin 95 faizi Əfqanıstanın payına düşür. Onun sözlərinə görə, Əfqanıstanda tiryək tələb olunan miqdardan artıq istehsal olunur və artıq tiryək ehtiyata yığılır, sonra başqa ölkələrə tranzit olunur.

Kallahan qanunsuz dövriyyədə olan tiryək və digər ağır tərkibli narkotilklərin artmasını da Əfqanıstanda narkotiklərin istehsal həcminin artması ilə əlaqələndirib.

UNODC-un narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hazırladığı hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 20 741 narkoman və 1815 HİV və QİÇS daşıyıcısı qeydiyyatda olub.

BMT nümayəndəsinin sözlərinə görə, qeydə alınmayan narkomanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur. Qeydiyyatdan keçən son HİV daşıyıcılarının əksəriyyəti isə narkotikanı vena daxilinə vuranlar və məhbuslar olub.

Trend -un arayışı: Azərbaycanın daxili işlər naziri Ramil Usubov İKT-yə üzv ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransındakı çıxışında bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təkcə DİN tərəfindən son beş ildə aşkar edilən faktların sayı 71 faiz artıb. Bu dövrdə 6 min tona yaxın narkotik tərkibli bitki aşkar olunaraq məhv edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti