Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirli bilinən İran vətəndaşına hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Xeirxah Reza Moxtur oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.
İran vətəndaşı Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunub.
Xeirxah Reza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib.
Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb və Xeirxah Reza həbs edilib.