...

Azərbaycanda oftalmoloq və cərrahların sertifikasiya imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Yanvar 2011 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Səhiyyə Nazirliyi oftalmoloq və cərrahların sertifikasiya imtahanlarının nəticələrini açıqlayıb.

Yanvarın 19-da oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak edib. Onların 95 faizi sınaqdan uğurla keçib. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. İmtahan verənlərin dördü maksimal bal toplayıb.

Həkimlər 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verməli idilər. Sınaqdan uğurla keçən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti