...

"Bakının Birİncisi" adlı II İntellektual Gənclər Festivalı keçirilir (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2011 13:59 (UTC +04:00)
Şuradan Trend-ə verilən məlumata görə, bu gün festival çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilir.
"Bakının Birİncisi" adlı II İntellektual Gənclər Festivalı keçirilir (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə "Bakının Birİncisi" adlı II İntellektual Gənclər Festivalı keçirir.

Şuradan Trend-ə verilən məlumata görə, bu gün festival çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilir.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə ilk olaraq çıxış edən layihənin rəhbəri, ARGTMŞ-nin üzvü Ayan Bəşirzadə bildirib ki, turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir.

30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçiriləcək yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak edəcəklər. Sözügedən layihə "Firstline Assistance" və "Park Inn"in sponsorluğu ilə həyata keçirilir. Sual paketi Beynəlxalq Bilicilər Hərəkatının ən yaxşı redaktoru seçilmiş Konstantin Naumenko tərəfindən hazırlanıb.

Açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam bir daha dövlətin gənclər siyasətinə olan diqqət və qayğısını ifadə edir.

Muradov deyib ki, bu tədbirin keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsinin artırılması, bilik və bacarıqlarının daha geniş şəkildə ortaya qoyulmasıdır.

Millət vəkili Sevinc Hüseynova bu yarışların keçirilməsinin ölkəmizdə gənclərin inkişafına xidmət etdiyini deyib.

Turniri Minsk şəhərindən dəvət olunmuş məhşur teleaparıcı, "Xrustal bayquş" mükafatının sahibi, "2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı" fəxri adına layiq görülmüş Ales Muxin aparıb. Turnirin münsiflər heyəti Bakı elitar klubunun üzvləridir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası son iki il ərzində "Nə? Harada? Nə zaman?" oyunu üzrə artıq üçüncü layihəsini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti