...

Azərbaycanın qadın boksçuları Niderlanda yola düşür

Cəmiyyət Materials 14 Oktyabr 2011 15:59 (UTC +04:00)
Bu çempionatda ölkəmizi Hacıyeva Ayzanat (60 kq), Vistoropova Yelena (69 kq) və Cavadova Leyla (75 kq) təmsil edəcəklər.
Azərbaycanın qadın boksçuları Niderlanda yola düşür

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın qadın boksçuları Niderlanda yola düşür.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, oktyabr 16-da Niderlandın Rotterdam şəhərində start götürəcək boks üzrə qadınlar arasında Avropa çempionatına Azərbaycan xanımları da qatılacaq.

Bu çempionatda ölkəmizi Hacıyeva Ayzanat (60 kq), Vistoropova Yelena (69 kq) və Cavadova Leyla (75 kq) təmsil edəcəklər.

Yarış oktyabr 24-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti