...

Azərbaycanda radioloji qəza planının hazırlanmasına dəstək üzrə texniki əməkdaşlıq layihəsi hazırlanır

Cəmiyyət Materials 4 Fevral 2012 12:58 (UTC +04:00)
Azərbaycanda "Milli radioloji qəza planının hazırlanmasına dəstək" adlı yeni texniki əməkdaşlıq layihəsi hazırlanır.
Azərbaycanda radioloji qəza planının hazırlanmasına dəstək üzrə texniki əməkdaşlıq layihəsi hazırlanır

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Milli radioloji qəza planının hazırlanmasına dəstək" adlı yeni texniki əməkdaşlıq layihəsi hazırlanır.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə (BAEA) birgə əməkdaşlıq əsasında hazırlanır.

Ölkəmizdə radiasiya təhlükəsizliyi sahəsində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə belə bir layihənin hazırlanması təklif olunub.

Layihədə nüvə və radioloji qəza hallarında cavabvermə tədbirlərinə cəlb olunacaq orqanlar, fövqəladə qəza halları zamanı istifadə olunacaq rabitə sistemləri, plan üzrə öhdəliklərə uyğun olaraq dövlət orqanlarının imkanları təsvir olunacaq.

Layihə çərçivəsində Azərbaycan Respublikasında radioloji qəza hallarına hazırlıq və cavabvermə tədbirləri üzrə işlərin hər bir mərhələsində iştirak edən bütün təşkilatların rolu və vəzifələri dəqiq müəyyən edilməklə radioloji qəza halına dair Milli Planın hazırlanması da nəzərdə tutulub.

Layihənin 2012-2013-cü illərdə həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti