...

Ağsu aşırımındakı yolun istiqaməti dəyişdirilir

Cəmiyyət Materials 3 Aprel 2012 12:18 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Ağsu aşırımında yararsız hala düşmüş və bundan əvvəl sürüşmə səbəbindən hərəkətin dayandırıldığı yolun istiqamətini dəyişir.
Ağsu aşırımındakı yolun istiqaməti dəyişdirilir

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Ağsu aşırımında yararsız hala düşmüş və bundan əvvəl sürüşmə səbəbindən hərəkətin dayandırıldığı yolun istiqamətini dəyişir. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş yolun 153-154-cü kilometrliyində istiqamət dəyişdirilir və alternativ istiqamətlər yaradılır.

"İşlər aparılır, eyni zamanda asfalt örtüyünün çəkilməsi işlərinə də başlanılmalıdır", - Mürsəliev qeyd edib.

Cümə günü əraziyə keçirilən baxışdan sonra martın 26-dan nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığı Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilib və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür. Bu isə yolu 100 kilometr uzadıb.

Xəbər lenti

Xəbər lenti